RUSİYA

Rusiya Paşinyanın cavabını verdi

Müqavilənin bir sıra maddələri yalnız silahlı hücum təhlükəsi və ya bir-birinin ərazilərinə təcavüz aktı olması halında konkret hərəkətləri nəzərdə tutur.
Sputnik

BAKI, 31 oktyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə ölkəsinin təhlükəsizliyi ilə bağlı müzakirələrə başlamaq üçün müraciətinə cavab verib. Sputnik Azərbaycan-ın RİA Novostiyə istinadən yaydığı xəbər görə, Rusiyanın Xarici İşlər Nazirliyi "Əgər döyüşlər birbaşa Ermənistan ərazisində keçirilərsə, Rusiya Ermənistana hər cür yardım göstərəcək" , - deyə bildirib.

Qeyd edək ki, Paşinyan 29 avqust 1997-ci ildə iki ölkə arasında imzalanan Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişinin 2-ci maddəsini əsas götürərək, təhlükəsizliyi təmin etmək məqsədilə Rusiya Federasiyasının Ermənistana verə biləcəyi dəstəyin forma və dərəcəsini təyin etmək üçün dərhal məsləhətləşmələrə başlamaq istəyi ilə Rusiya Federasiyasının Prezidentinə müraciət etmişdi.

Rusiya XİN-dən isə bildiriblər ki, bu Müqavilənin bir sıra maddələri yalnız silahlı hücum təhlükəsi və ya bir-birinin ərazilərinə təcavüz aktı olması halında konkret hərəkətləri nəzərdə tutur. Başqa, sözlə, hazırda bu cür hərəkətlərin yerinə yetirilməsinə ehtiyac yoxdur.