Ermənistanda yeni rekord: Bir gündə 41 nəfər koronavirusdan öldü

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 45,5 milyonu keçib, 1,19 milyondan çox adam isə virus səbəbilə ölüb.
Sputnik

BAKI, 31 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 89813-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 2381 nəfər artıb.

Ermənistanda son gündə daha 41 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1341-ə çatıb. Xəstəlikdən sağalanların sayı 55317 nəfər olub. Hazırda bu ölkədə 32788 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 45,5 milyonu keçib, 1,19 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.