QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN: "Əsassız xəbərlərlə Ermənistan dinc əhaliyə qarşı törətdikləri cinayətləri gizlədir"

Azərbaycan Müdafiə Nazirliyi: “Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur”
Sputnik

BAKI, 31 oktyabr - Sputnik. Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin yaydığı bəyanatda deyilir: "Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür".