Türkiyənin məşhur televiziya proqramı Azərbaycana yardım kampaniyasına başlayacaq

Tanınmış jurnalist Muge Anlının aparıcısı olduğu "Tatlı sərt" proqramının Azərbaycana yardım kampaniyasına bazar ertəsi Qızıl Aypara Cəmiyyəti ilə birlikdə start veriləcək
Sputnik

BAKI, 30 oktyabr — Sputnik. Türkiyənin məşhur televiziya proqramı, tanınmış jurnalist Muge Anlının aparıcısı olduğu "Tatlı sərt" proqramı Azərbaycana yardım kampaniyasına başlayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aparıcı bugünkü proqramında məlumat verib.

Onun sözlərinə görə, bazar ertəsi Qızıl Aypara Cəmiyyəti ilə birlikdə kampaniyaya start veriləcək:

"Azərbaycan olduqca güclü ölkədir. Heç kimin yardımına ehtiyacı yoxdur. Amma orada mülki insanlar da erməni terroruna məruz qalır. Buna görə də bazar ertəsi kampaniyamıza start verəcəyik. Azərbaycanın hər zaman yanındayıq. İnşallah, Azərbaycan torpaqlarının işğaldan azad olunmasını da bu studiyada qeyd edəcəyik".