İQTİSADİYYAT

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyəti uçot dərəcəsinin 6,5 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib
Sputnik

BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 6,5 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi 7 faiz həddində saxlanılıb.

Sözügedən qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 18-də baxılacaq.