CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyeva Türkiyəyə dəstəyini bildirdi: Kədəriniz kədərimizdir

Bu gün Türkiyə sahillərində iki zəlzələ baş verib. Yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində qeydə alınan 6,6 bal gücündəki zəlzələdə 6 nəfər həlak olub, 300-dən çox insan yaralanıb
Sputnik

BAKI, 30 oktyabr - Sputnik. Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm.

Sputnik Azərbaycan bildirir  ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkəsindəki hesabında yazıb.

"Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!" - M.Əliyeva qeyd edib.

Qeyd edək ki, bu gün Türkiyə sahillərində iki zəlzələ baş verib. Yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində qeydə alınan 6,6 bal gücündəki zəlzələdə 6 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Ölkənin cənub-qərbindəki Aydın vilayətinin Quşadası rayonundan 20 km aralıda, Egey sahillərində isə 5.1 maqnitudalı ikinci təkan olub. Dağıntı və tələfat haqda hələlik məlumat yoxdur.