Köçəryan da COVID-ə yoluxdu, Moskva arzusu gözündə qaldı

Ölkənin keçmiş prezidentləri Levon Ter-Petrosyanla Köçəryan Moskvada Rusiya elitası ilə Qarabağı müzakirə etmək niyyətindəymişlər
Sputnik

BAKI, 30 oktyabr - Sputnik. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan koronavirusa yoluxub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, o, bu səbəbdən Moskvaya, Qarabağ məsələsinin müzakirəsinə gedə bilməyəcək.

Ermənistanın baş nazirinin mətbuat katibi Mane Gevorgyan bildirmişdi ki, ölkənin keçmiş prezidentləri Levon Ter-Petrosyanla Köçəryan Moskvada Rusiya elitası ilə Qarabağı müzakirə etmək niyyətindəymişlər.

Onlara Moskvaya getməyi isə Qarabağdakı separatçıların keçmiş rəhbərləri təklif etmişdilər. Köçəryan təklifi qəbul edib, amma koronavirusdan savayı, adına cinayət işi açıldığına görə də ölkədən çıxa bilməz.