Səhər saatlarından başlayaraq Azərbaycanın bir sıra yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, oktyabrın 30-u saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur.
Sputnik Azərbaycan-ın bölgə müxbiri Ağcabədinin Hacılar kəndində olub və dağıntıları lentə alıb.
Qeyd edək ki, Hacılar kəndində eneolit dövründən qalan abidələr və qədim qəbristanlıq var. Qəbristanlıq UNESCO tərəfindən tarixi abidə kimi qeydə alınıb.