BAKI, 30 oktyabr — Sputnik. Ermənistan ordusu Gorus rayonu ərazisindən Qubadlını artilleriya atəşinə tutur. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.
"Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək", - deyə Nazirliyin yaydığı məlumatda bildirilir.