SƏHİYYƏ

ABŞ "anticisim kokteyli"nin sınağını qismən dayandırdı

Bundan öncə ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Regeneron şirkətinin anticisim preparatı və Eli Lilly and Co şirkətinin dərmanlarının tezliklə qeydiyyatdan keçirilməsi üzərində çalışır
Sputnik

BAKI, 30 oktyabr - Sputnik. ABŞ-ın Regeneron Pharmaceuticals biotexnologiya şirkəti ağır xəstələri anticisimlərlə sağaltma üsulunun kliniki sınağını qismən dayandırıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, buna səbəb kimi "potensial təhlükəsizlik problemi" göstərilir.

Bundan öncə ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Regeneron şirkətinin anticisim preparatı və Eli Lilly and Co şirkətinin dərmanlarının tezliklə qeydiyyatdan keçirilməsi üzərində çalışır, həmçinin o, bu dərmanlarla müalicədən şəxsi müsbət təcrübəsinə görə onların xəstəxanalara tədarük olunmasını da təşkil edəcəkdi.

"Təhlükəsizlik problemləri ilə bağlı siqnal və hazırkı məqamda risklər və üstünlüklər barədə məlumat yetərsizliyi əsasında REGN-COV2 monitorinq komitəsi sonrakı siyahılara yüksək axınlı oksigenə və ya süni ventilyasiyaya ehtiyacı olan pasiyentləri salmamağı tövsiyə edir. Regeneron monitorinq komissiyasının tövsiyələrini yerinə yetirir", - Regeneron-un bəyanatında deyilir.