BAKI, 29 oktyabr — Sputnik. Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 90 mülki şəxs qətlə yetirilib, 392 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 423, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2406-dır.