İQTİSADİYYAT

Azərbaycan nefti 39 dollara düşüb

Neftin qiyməti dünyada koronavirusa yoluxma hallarında artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,26 dollar ucuzlaşaraq 39,26 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,07 dollar artaraq 39,19 dollar, "Light" markalı neftin qiyməti isə 0,13 dollar bahalaşaraq 37,52 dollar olub.

Qeyd edək ki, neftin qiyməti dünyada koronavirusa yoluxma hallarında artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.