QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan aviasiyası bu gün havaya qalxmayıb

Ermənistan tərəfinin guya bu gün aviasiya vasitələrimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiyadır
Sputnik

BAKI, 29 oktyabr — Sputnik. "Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb". Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinən daxil olan məlumatda bildirilir.

Ermənistan tərəfinin guya bu gün aviasiya vasitələrimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiyadır.

Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb.