CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil Nazirliyi: Noyabrın 2-dən dərslər distant formada davam etdiriləcək

Xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin ediləcək.
Sputnik

BAKI, 29 oktyabr - Sputnik. Azərbaycanda noyabrın 2-dən etibarən tədris distant üsulla davam etdiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sosial şəbəkə hesabında bildirilib.

Məlumata görə, oktyabrın 29-da Nazirlər Kabineti tərəfindən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" Qərar qəbul edilib.

Qərarda bildirilir ki, xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.

Təhsil Nazirliyi bu Qərarla bağlı sabah təşkil ediləcək brifinqdə daha ətraflı məlumat veriləcəyini bildirib.