QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın Azərbaycan mövqelərinə bir neçə istiqamətdə hücumunun qarşısı alınıb

Azərbaycan Ordusunun qarşısında bir hədəf var ki, o da, mülki insanlara ziyan vurmadan yalnız legitim hərbi hədəfləri dəqiq atəşlə məhv edərək işğal altında qalan bütün torpaqlarımızın azad olunmasıdır.
Sputnik

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərinə bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O qeyd edib ki, Ermənistan Bərdə, Tərtər və Goranboy rayonlarını raket və artilleriya atəşinə tutmaqla yeni cinayətlər törədib.

"Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri məhv edir. Azərbaycan Ordusunun qarşısında bir hədəf var ki, o da, mülki insanlara ziyan vurmadan yalnız legitim hərbi hədəfləri dəqiq atəşlə məhv edərək işğal altında qalan bütün torpaqlarımızın azad olunmasıdır.", - deyə o, bildirib.