QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ekspert İran prezidentinin xüsusi nümayəndəsinin regiona səfərini şərh edir

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, Azərbaycan ictimaiyyəti İranın bu məsələdə vasitəçi olmasını arzulamır
Sputnik

İran prezidentinin xüsusi nümayəndəsi Abbas Əraqçı Qarabağ münaqişəsini müzakirə etmək üçün Rusiya, Azərbaycan, Ermənistan və Türkiyəyə səfər edəcək.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, Qarabağ münaqişənin həllində İranın yeri yoxdur: “İranın əvvəlki və indiki davranışları onu ədalətli vasitəçi olacağına kölgə salır. Bu ölkə torpaqlarımızın işğal altında qalması üçün hər işi görüb. Azərbaycan ictimaiyyəti İranın bu məsələdə vasitəçi olmasını arzulamır. İran maşınları səhərdən axşamacan Ermənistana ərzaq yanacaq daşıyır. Əraqçının Bakı səfəri məntiqsiz olacaq”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb.

Sədrəddin Soltannın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz