BAKI, 28 oktyabr — Sputnik. Azərbaycanın bir sıra şəhər və rayonlarında ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət noyabr ayının 28-dək uzadılıb. Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:
31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;
7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;
14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;
21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;
28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.
Həmçinin 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.