Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 28 oktyabr — Sputnik. "Ermənistan tərəfindən Azərbaycanın Bərdə şəhərinə qarşı soyqırımı aktı: Ölənlərin sayı 20-yə yaxınlaşır. Onların hamısı günahsız dinc sakinlər idi".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.
"Smerç" kaset raketləri istifadə olunub. Biz Ermənistanın bu cinayətlərini yerində qiymətləndirmək üçün "Human Rights Watch" və "Amnesty International" təşkilatlarını ölkəmizə dəvət edirik", - deyə Hikmət Hacıyev vurğulayıb.
Act of genocide by Armenia against Barda city of Azerbaijan: number of deaths reaching to 20.Number of wounded more than 40. All are innocent civilians. Cluster Smerch missiles have been used. We invite @hrw and @amnesty to conduct on site assessment of such crimes of #Armenia
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 28, 2020