QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Nazirlik: Tərtər şəhəri raket atəşinə tutulub

Oktyabrın 28-da saat 10:15-də düşmən "Smerç" yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub.
Sputnik

BAKI, 28 oktyabr — Sputnik. Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi raket atəşinə tutmaqda davam edir. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Oktyabrın 28-da saat 10:15-də düşmən "Smerç" yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub. Xəsarət alanlar yoxdur", - deyə məlumatda bildirilir.