QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan Tərtərdən sonra Bərdəni raketlə dağıtmağa cəhd edir - rəsmi

Hikmət Hacıyev: "Ermənistan növbəti dəfə Bərdəyə qarşı "Smerç" raketlərindən istifadə edib. Dinc sakinlər arasında qurbanların olduğu deyilir". 
Sputnik

BAKI, 28 oktyabr — Sputnik. Tərtərə raket hücumlarından sonra Ermənistan Silahlı Qüvvələri Bərdəyə raket hücumları edir.

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

"Tərtərə raket hücumlarından sonra Ermənistan Silahlı Qüvvələri Bərdəyə raket hücumları edir. Dünən mülki şəxslərin "Smerç" qurğusundan atılan kasetli raketlərlə öldürülməsindən heç bir dərs çıxarılmadı. Ermənistan hərbi işğala və müharibə cinayətlərinə son qoymalıdır", - deyə Hikmət Hacıyev bildirib.

Hacıyev ən son tvitində də yazıb: "Ermənistan növbəti dəfə Bərdəyə qarşı "Smerç" raketlərindən istifadə edib. Dinc sakinlər arasında qurbanların olduğu deyilir".