BAKI, 28 oktyabr — Sputnik. Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) əhaliyə növbəti dəfə müraciət edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə deyilir: "Ermənistan terrorçu dövlətdir. Düşmən ölkənin böyük şəhərlərimizdə, insanların sıx toplaşdıqları yerlərdə, ictimai nəqliyyatda terror-təxribat aktları törətməsi istisna deyil. Odur ki, ehtiyatı əldən verməməli, daim ayıq-sayıq olmalıyıq".