CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb

"Məktəbəhazırlıq qrupları üçün onlayn təhsil bir qədər çətin olsa da, artıq onların da "Virtual Məktəb"də qeydiyyatdan keçməsi mümkündür"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. 2020-2021-ci tədris ili üzrə 1-ci sinifə qəbul olmuş şagirdlərin "Virtual Məktəb"də qeydiyyatı artıq mümkündür. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova məlumat verib.

O, bildirib ki, məktəbəhazırlıq qrupları və 1-ci sinif üzrə "Virtual Məktəb"də qeydiyyata artıq başlanılıb: "Məktəbəhazırlıq qrupları üçün onlayn təhsil bir qədər çətin olsa da, artıq onların da "Virtual Məktəb"də qeydiyyatdan keçməsi mümkündür. Eyni zamanda 1-ci sinif üzrə "Virtual Məktəb"də qeydiyyata artıq başlanılıb".

Nəcəfova onu da qeyd edib ki, noyabrın 2-dək "Virtual Məktəb" sistemi yenilənir.