QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Separatçıların "müdafiə naziri" ağır yaralandı

Məlumata əsasən, Cəlal Arutyunyan Qarabağda gedən döyüşlərdə ağır yaralanması səbəbindən işdən çıxarılıb.
Sputnik

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycanın işğal altında olan torpaqlarında qurulan qondarma "Dağlıq Qarabağ respublikası"nın "müdafiə naziri" Cəlal Arutyunyan işdən çıxarılıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Onun işdən çıxarılması barədə "qərarı" Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyan qəbul edib. Məlumata əsasən Cəlal Arutyunyan Qarabağda gedən döyüşlərdə ağır yaralanması səbəbindən işdən çıxarılıb.

Onu tutduğu "vəzifə"də Mikael Arzumanyan əvəzləyəcək.