VİDEO

Goranboyun dinc həyatına son: “Smerç” raketi partlamasa da, təhlükə olaraq qalır – VİDEO

Ermənistan Silahlı Qüvvələrinin atdığı Smerç tipli raketlərdən ikisi Goranboyun Tapqaraqoyunlu kəndinə düşüb. Hadisə yerinə ANAMA mütəxəssisləri cəlb ediliblər. Daha ətraflı – videomuzda.
Sputnik

Kənd sakini Qafqaz Yaqubov son dəqiqəyə qədər raketlərdən birinin öz həyətinə düşməsindən bixəbər olub. Yalnız bütün kəndin məhəllələrini gəzdikdən sonra evdə onu bu cür “sürpriz”in gözlədiyini öyrənib.

Hadisə yerinə ANAMA-nın təcili təxirəsalınmaz aparıcı əməliyyat qrupu cəlb edilib. Raketlər işarələnib və zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Ermənistan SQ-nin dinc əhaliyə qarşı cinayət aktları davam edir. Bu dəfə hadisə yerində xəsarət alan olmayıb. Amma Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan SQ-nin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 65 mülki şəxs qətlə yetirilib, 297 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2174-dür.