BAKI, 26 oktyabr — Sputnik. Bütün dünyanın gözləri önündə Fələstində zülm, İraq və Əfqanıstanda terror can almağa davam edir. Fransada yaşananlar, Almaniyada yaşananlar dünyanın gözü önündə olur. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Bütün dünyanın gözləri önündə Fələstində zülm, İraq və Əfqanıstanda terror can almağa davam edir. Fransada yaşananlar, Almaniyada yaşananlar dünyanın gözü önündə olur. Qərb, xüsusi ilə Xristian dünyasına səslənirəm. İnsanıq, insan olaraq Xristian olmaq günah deyil, ona da sahib çıxırıq. Fransada müsəlmanlara qarşı zülm varsa, orada sahib çıxaq deyə dünya liderlərinə səslənirəm. Necə ki, Fransada türk markalı mal almayın deyirlərsə, mən də buradan millətimə səslənirəm: aman, fransız markalı malları almayın", - deyə Ərdoğan qeyd edib.