SƏHİYYƏ

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.
Sputnik

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.