QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hikmət Hacıyev: “Tərtərə raket zərbəsi nəticəsində 16 yaşlı yeniyetmə həlak olub"

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan ordusu tərəfindən Tərtər şəhərinə atılan “Smerç” raketi atılıb və hücum nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin həyətində həlak olub.
Sputnik

BAKI, 24 oktyabr - Sputnik. “Ermənistanın mülki vətəndaşlara, xüsusən də uşaqlara qarşı müharibəsi davam edir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter” hesabında paylaşıb.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan ordusu tərəfindən Tərtər şəhərinə atılan “Smerç” raketi atılıb və hücum nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin həyətində həlak olub.