SƏHİYYƏ

Ermənistanda yoluxma və ölüm halları artmaqdadır

Ümumilikdə isə Ermənistanda COVID-19-a yoluxanların sayı 75 min 523, sağalanların sayı 50 min 701 olub.
Sputnik

 

BAKI, 24 oktyabr — Sputnik. Ötən sutka ərzində Ermənistanda 2,474 COVID-19-a yeni yoluxma faktı aşkarlanıb. Sputnik Azərbaycan-ın worldometers.info-ya istinadən xəbərinə görə, ötən sutka ərzində COVID-19-dan dünyasını dəyişənlərin sayı isə 14 olub.

Ümumilikdə isə Ermənistanda COVID-19-a yoluxanların sayı 75 min 523, sağalanların sayı 50 min 701 olub. Ölənlərin ümumi sayı isə 1 157 olub.