BAKI, 24 oktyabr — Sputnik. Polşa prezidenti Andrzej Dudanın COVID-19 testinin nəticəsi pozitiv olub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə ölkə başçısının sözçüsü özünün "Twitter" hesabında məlumat paylaşıb.
Qeyd edək ki, Polşada son sutkada 13 min 632 nəfərin COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Ötən sutka ərzində virusdan dünyasını dəyişənlərin sayı isə 153 olub. Ümumilikdə isə, Polşada COVID-19-a yoluxanların sayı 228 min 318, ölənlərin sayı isə 4 min 172 olub.