SƏHİYYƏ

ABŞ-da koronavirus əleyhinə iki peyvəndin sınaqlarına başlanılır

Şirkət, "klinik sınaqların keçirildiyi icmalardakı infeksiya nisbətindən asılı olaraq" bu il nəticələri görəcəyinə ümid etdiyini açıqlayıb.
Sputnik

BAKI, 24 oktyabr — Sputnik. Bu gün ABŞ-da COVID-19 əleyhinə iki peyvəndin kliniki sınaqlarına başlanılır.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, AstraZeneca şirkəti Oksford universiteti ilə birlikdə hazırladıqları peyvəndin sınaqlarının başlanıldığını açıqlayıb. Sınaqlar iştirakçıların xəstəliyi ilə əlaqədar dayandırılmışdı.

"Qida və Dərman İdarəsi (FDA) dünyadakı təhlükəsizlik məlumatlarını nəzərdən keçirib və sınaqları yenidən aktivləşdirməyin təhlükəsiz olduğu qənaətinə gəlib" - deyə qeyd edilən hesabatda xəstəliyin peyvəndlə əlaqəli olmadığı barədə məlumat da yer alıb.

Şirkət, "klinik sınaqların keçirildiyi icmalardakı infeksiya nisbətindən asılı olaraq" bu il nəticələri görəcəyinə ümid etdiyini açıqlayıb.

Dərman istehsalçısı daha əvvəl bir çox qitədə yüz milyonlarla doza satıb və digər istehsalçılarla tərəfdaşlıq müqavilələri imzalayıb.

Virus 223.000-dən çox amerikalının ölümünə səbəb olub. Və belə sağlamlıq böhranı prezident seçkilərində əsas narahatlıqlardan biridir.