RUSİYA

Rusiyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,6 milyonu keçib, 1,14 mindən çox adam isə virus səbəbilə ölüb
Sputnik

BAKI, 23 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 17340 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 283 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1480646-ya çatıb. Rusiyada pandemiya yayılandan 25525 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 119251-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,6 milyonu keçib, 1,14 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.