BAKI, 23 oktyabr — Sputnik. Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün ərzində Suraxanı rayonunun Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.