BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan Respublikası Baş Prokurorluğu sentyabrın 27-dən bu günə qədər erməni təcavüzü nəticəsində Azərbaycanda mülki əhaliyə dəyən zərərlər barədə məlumat yayıb.
Sputnik Azərbaycan prokurorluğun məlumatına istinadla xəbər verir ki, bu müddət ərzində 63 dinc sakin həlak olub, 298 nəfər xəsarət alıb.
Eyni zamanda 2156 yaşayış evi, 90 çoxmənzilli bina, 398 mülki obyekt yararsız vəziyyətə salınıb.