ASAN Könüllüləri əsgərlərimizin ruh yüksəkliyini daha da artırmaq məqsədilə “Əsgərə salam” aksiyasına start verib. Aksiyada arzu edən hər kəs iştirak edə bilər. Hər bir Azərbaycan vətəndaşı bu məqsədlə ASAN Xidmət mərkəzlərində ayrılmış xüsusi məntəqələrə yaxınlaşaraq Vətənin müdafiəsinə yollanmış əsgərlərimizə ürək sözlərini yaza, onlara mənəvi dəstəyini göstərə bilər.
Asan Könüllüləri inanırlar ki, onların bu təşəbbüsü hər bir vətəndaş tərəfindən dəstək görəcək və ölkəmizin qazanacağı böyük qələbəyə kiçik bir töhfə olacaq.
Qeyd edək ki, artıq hərbi xidmətçilərə minlərlə belə məktub göndərilib.