Ermənistan diasporu fransız jurnalistləri təhdid edir - VİDEO

Hikmət Hacıyev Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın TF1 jurnalistlərinin erməni lobbisi tərəfindən təzyiqlərə məruz qalmasını pislədi.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. "Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın TF1 jurnalistlərinin erməni lobbisi tərəfindən təzyiqlərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

"Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur", - deyə Hikmət Hacıyev qeyd edib.