BAKI, 22 oktyabr — Sputnik. "Kəlbəcərdə zəngin uran yataqları var. Mən həmin geoloji kəşfiyyat işlərində baş mühəndis kimi çalışmışam. Vaxtilə həmin uran yatağının üstünü basdırıb plombladılar. Mən bu saat da həmin yataqların yerini bilirəm".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə 93 yaşlı Kəlbəcər ağsaqqalı Əliaslan Əmiraslan oğlu Məmmədov deyib.
O qeyd edib ki, ölkə başçısı kəlbəcərliləri Kəlbəcərə qaytaracaq və onlar yenidən həmin təbii sərvətlərin sahibi olacaqlar.
"İlham Əliyev Heydər Əliyevin nişanəsi, onun yurdunun sahibidir, inşallah o, arzularımızın hamısını çin edəcək", - deyə o vurğulayıb.