SƏHİYYƏ

TƏBİB gənclərə xəbərdarlıq etdi

Y.Qarayeva bu məsələdə ictimai qınağın olmasını vacib bilib. O qeyd edib ki, Ordumuza dəstək olmaq istəyənlər COVID-19 mübarizəsinə qoşulsunlar.
Sputnik

BAKI, 22 oktyabr — Sputnik. "Xüsusən cavanlarımız maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar. Çünki əmindirlər ki, xəstəliyi yüngül keçirəcəklər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Y.Qarayeva bildirib ki, cavanlar evlərindəki nənə-babanın bu xəstəliyə yoluxduğu zaman gözlənilən nəticəni düşünmürlər: "Onlar düşünmürlər ki, nənə-baba artıq bu xəstəliyi evdə yüngül müşahidə altında keçirə bilməyəcək. Bizdə evdə müalicə alan xəstələr arasında ona görə ağırlaşmalar qeydə alınmır ki, biz onların vəziyyətinə, yaşına baxırıq. Xroniki xəstəliyi olan insanı biz evdə müşahidə altında saxlamırıq. Biz onu birbaşa xəstəxanada saxlayırıq. Buna görə də gənclər bu məsələyə ciddi yanaşmalıdırlar".

Y.Qarayeva bu məsələdə ictimai qınağın olmasını vacib bilib. O qeyd edib ki, Ordumuza dəstək olmaq istəyənlər COVID-19 mübarizəsinə qoşulsunlar.