SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"

Rusiya prezidenti Vladimir Putin Valday forumunda onlayn çıxışı zamanı deyib ki, Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz!
Sputnik

BAKI, 22 oktyabr - Sputnik. "Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Valday forumunda onlayn çıxışı zamanı deyib.

O qeyd edib ki, Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub. 

"Bizim üçün Ermənistan da, Azərbaycan da eyni səviyyəli tərəfdaşdır, hər iki ölkə ilə tam həcmli münasibətlər qurmaq istəyirik", - deyən Putin əlavə edib ki, Qarabağdakı məsələnin həllində Rusiyadan daha çox maraqlı olan tərəf yoxdur.