QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan indi də İranı Qarabağ münaqişəsinin həllinə çəkmək istəyir

"Hesab edirəm ki, hazırkı mərhələdə bu rol hərbi əməliyyatların dayandırılmasına yönəldilməlidir".
Sputnik

BAKI, 21 oktyabr — Sputnik. Regionun əsas ölkələrindən biri kimi İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən rol oynaya bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İranın "İRNA" informasiya agentliyinə müsahibəsində bildirib.

"Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan yeganə tanınmış beynəlxalq struktur ATƏT-in Minsk Qrupudur. Lakin regionun önəmli ölkəsi kimi İran müəyyən rol oynaya bilər. Hesab edirəm ki, hazırkı mərhələdə bu rol hərbi əməliyyatların dayandırılmasına yönəldilməlidir. İranın bölgədə sülh və sabitliyin bərqərar olmasına yönələn istənilən konstruktiv addımını alqışlayırıq", - deyə Paşinyan qeyd edib.