QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hikmət Hacıyev: "Azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir"

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub.
Sputnik

BAKI, 21 oktyabr — Sputnik. Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

O qeyd edib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:

- Tərtər - 423 mərmi,

- Ağdam - 49 mərmi,

- Ağcabədi - 24 mərmi,

- Goranboy - 2 mərmi

- Naftalan/Goranboy -Smerch raketləri.

Tərtərdə 2 mülki şəxs həlak olub, biri yaralanıb.