Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 20 oktyabr — Sputnik. Bu gün Milli Məclisin plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib.
İclasda Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop çıxış edəcək.
Bundan başqa, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsinə üçüncü oxunuşda baxılacaq, "Təhsil haqqında", "Peşə təhsili haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.