BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Respublikası Baş Prokurorluğu sentyabrın 27-dən bu günə qədər erməni təcavüzü nəticəsində mülki əhaliyə dəyən zərərlərin statistikasını açıqlayıb.
Sputnik Azərbaycan Prokurorluğun məlumatına istinadla xəbər verir ki, bu günə qədər 61 mülki vətəndaş həlak olub, 291 nəfər xəsarət alıb.
Eyni zamanda 1941 yaşayış evi, 90 çoxmənzilli bina, 382 mülki obyekt yararsız vəziyyətə salınıb.