BAKI, 19 oktyabr — Sputnik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 30 illik işğala son qoymaq üçün Vətən müharibəsinə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bütün ölkə müsəlləh əsgər kimi silahlı qüvvələrimizin və onun ali rəhbərinin ətrafında yumruq kimi birləşib.
Təkcə ölkə daxilində deyil, dünyanın dörd bir yanında yaşayan soydaşlarımız, qədirbilən qardaşlarımız da bu vətən savaşına öz töhfələrini vermək üçün əllərindən gələni əsirgəmirlər.
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Vəfadar Həsənov da ürəyi vətən segisi ilə döyünən soydaşlarımızdandır.
"Helba İlaç" şirkətinin sahibi olan Vəfadar Həsənov Silahlı Qüvvələrə Yardım Fonduna nə az, nə çox, düz 30 ton tibbi yardım göndərib. Həmin tibbi yardımlar minlərlə hərbçimizin, düşmən atəşi nəticəsində yaralanan xeyli sayda mülki insanlarımızın dadına çatacaq, onları yenidən həyata qaytaracaq.