RUSİYA

Şimal qonşumuzda nələr baş verir?!

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 39,9 milyonu keçib, 1,1 mindən çox adam isə virus səbəbilə ölüb.
Sputnik

BAKI, 19 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15982 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik AzərbaycanRusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 179 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1415316-a çatıb. Rusiyada pandemiya yayılandan 24366 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1075904-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 39,9 milyonu keçib, 1,1 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.