QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Yaşayış məntəqələrimizin atəşə tutulması davam etdirilir

Humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edirlər.
Sputnik

BAKI, 19 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri gecə ərzində Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisini minaatanlar və toplardan atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Bu gün səhər saatlarından Ağcabədi rayonunun ərazisi də atəşə tutulur.