Dünyanın ən möhtəşəm şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı

Torontoda yaşayan azərbaycanlılarNiaqara şəlaləsini xüsusi effektlərlə Azərbaycan bayrağının rənglərinə boyayıblar.
Sputnik

BAKI, 19 oktyabr - Sputnik. Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlılar 18 oktyabr - Müstəqillik günü münasibəti və Azərbaycan Ordusuna dəstək məqsədi ilə aksiya keçiriblər.

Sputnik Azərbaycan xəbər verir ki, aksiya iştirakçıları Azərbaycan bayraqları ilə yürüş ediblər. Daha sonra Niaqara şəlaləsini xüsusi effektlərlə Azərbaycan bayrağının rənglərinə boyayıblar.