SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şimali Kiprin yeni lideri məlum oldu

Son beş il ərzində Şimali Kipri idarə etmiş müstəqil namizəd Mustafa Akınçı seçkilərin ikinci turunda məğlub olub.
Sputnik

BAKI, 18 oktyabr - Sputnik. Şimali Kipr Türk Respublikasında prezident seçkilərinin ikinci turu keçirilib. Sputnik Azərbaycan-ın türk mediasına istinadən verdiyi xəbərə görə, seçkidə Milli Birlik Partiyasının namizədi Ersin Tatar qalib.

Şimali Kipr Ali Seçki Qurumunun sədri Narin Ferdi Şefikin bildirdiyinə əsasən, Tatar səslərin 51,74%-ni toplayaraq qalib olub, lakin bu son nəticələr deyil. Son nəticələr gecəyarısı elan olunacaq, lakin ümumən nəticə dəyişməyəcək.

Tatarın rəqibi hazırkı prezident Mustafa Akınçı 48,26%-ni toplayıb. O artıq Ersin Tatarı prezident seçilməsi münasbiəti ilə təbrik edib.

İlk turda Tatar səslərin 32,34%-ni, Akınçı isə 29,80%-ni toplamışdı.

Şimali Kipr Türk Respublikası 1974-cü ildə qurulandan bəri 10-cu dəfə prezident seçkiləri keçirilir. ŞKTC-də prezident 5 illik müddətə seçilir.