HADİSƏ

Xızı rayonuna atılmış raket zərərsizləşdirlib

Raket Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib. Raketin qalıqları əkin sahəsinə düşüb.
Sputnik

BAKI, 18 oktyabr - Sputnik. Ermənistan Silahlı Qüvvələri tərəfindən Xızı rayonuna raket atılıb. 

APA-nın xəbərinə görə, raket Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib.

Raketin qalıqları əkin sahəsinə düşüb.