BAKI, 17 oktyabr — Sputnik. Türkiyənin Müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla telefonla danışıb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Füzulini işğaldan qurtarması və mülki yaşayış yerlərini atəş altına alan Ermənistanın iki "Su-25" qırıcısını vurması münasibəti ilə Azərbaycan Ordusunu təbrik edən Akar qeyd edib: "Ermənistan müharibə cinayəti törətməyə, atəşkəs, müzakirə çağırışı edənlər isə hücumları uzaqdan izləməyə davam etməkdədir".