QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezidentin xalqa müraciəti: "Ermənistana qaçaq yollarla silahlar, texnika göndərilir"

"Sual olunur, bu qədər silahı Ermənistan haradan alıb? Ermənistanın xarici dövlət borcu ümumi daxili məhsulun 60-70 faizini təşkil edir. Hansı pulla bu silahları alır?"
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. Prezident İlham Əliyev xalqa müraciət edir. Sputnik Azərbaycan-ın məlumatına görə, prezident xalqa müraciətində bildirib ki, Ermənistan rəhbərliyi hərbi cinayət törədib: "Dinc əhaliyə operativ raket kompleksləri ilə atəş açmaq hərbi cinayətdir. Biz bunun cavabını onlara döyüş meydanında verəcəyik. Biz heç vaxt mülkü əhaliyə qarşı mübarizə aparmamışıq, bundan sonra da aparmayacağıq.

Bizim öz amalımız var. O yolla davam edəcəyik. Müzəffər ordumuz düşməni bizim torpaqlarımızdan qovur və qovacaq. Biz onları iti qovan kimi qovacağıq. Bizim qisasımız döyüş meydanındadır. Sentyabrın 27-dən sonra Ermənistanın hərbi potensilalına sarsıdıcı zərbələr vurub. Biz döyüş meydanında üstünlüyü əldə etmişik. Sual olunur, bu qədər silahı Ermənistan haradan alıb?

Ermənistanın xarici dövlət borcu ümumi daxili məhsulun 60-70 faizini təşkil edir. Hansı pulla bu silahları alır? Bu günə qədər məhv edilmiş texnikanın qiyməti ən azı iki milyard dollara qədərdir. Yenə də onların texnikaları Qarabağda qalır. Sual olunur: onlar bu qədər texnikanı necə alırlar? Bu qədər silah haradandır? Bu kasıb, yoxsul ölkədə bu qədər silah, texnika hardandır? Bu gün də Ermənistana qaçaq yollarla silahlar, texnika göndərilir və bütün bunlar çox dağıdıcı təhlükəli silahlardır".